Hindistanda Azərbaycan şahmatçısı Azər Mirzəyevin iştirakı ilə beynəlxalq turnir davam edir.
Fanat.Az xəbər verir ki, o, 6-cı turda daha bir ev sahibi ölkə təmsilçisi ilə qarşılaşıb və qalib gəlib. Mirzəyev üçün bu, yarışda beşinci qələbə olub.
O, hazırda 5,5 xal toplayıb və lider Boris Savçenkodan (FİDE) yarım xal geri qalır.