11:30 15.02.2023 198

Gövhər Beydullayeva: \"Onunla görüşdə çox çətinlik çəkdim\"

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Gövhər Beydullayeva Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir:

- Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsən?

- Ölkə çempionatı güclü yarış idi. Tunirdə iştirak edən altı qrossmeyster, o cümlədən gənc şahmatçılar inamlı mübarizə nümayiş etdirdi. Əslində yarış mənim üçün uğurlu keçmədi. Şükür olsun ki, sonda çempion olmağı bacardım. Sadəcə tam ürəyimcə olmadı.

- Hər halda nəticədən razısan?

- Nəticədən razıyam. Son turlarda lazımi nəticələri əldə etməklə birinci yeri təmin etdim. 

- Ardıcıl iki dəfə Azərbaycan çempionatının qalibi oldun. Hansı ildə qələbə qazanmaq daha çətin idi?

- Ötən il yarış 7 turdan ibarət oldu. Keçən ildə də startda ardıcıl üç qələbə qazanmışdım. Bu il 10 tur oynadım. Fərqləndirmək çətindi. Bəlkə də bu ilki yarış daha güclü idi. Çünki son tur ərəfəsində 4 şahmatçı çempionluq şansını saxlayırdı. 

- Rəqiblərin çıxışı barədə nə deyə bilərsən?

- Ölkə çempionatına bütün şahmatçılar güclü hazırlaşmışdı. Günay Məmmədzadə və Ülviyyə Fətəliyevadan başqa milli komandadakı digər həmkarlarım bu yarışda iştirak etdi. Gülnar Məmmədova, Xanım Balacayeva yaxşı mübarizə sərgilədi. Gənc şahmatçılardan danışmaq istərdim. Nərmin Abdinova, Ayan Allahverdiyeva yaxşı oynadılar. İnanıram ki, gələcəkdə daha yaxşı oynayacaqlar və reytinqlərini artıracaqlar. 

- Kim səni yaxşı mənada təəccübləndirdi?

- Nərmin Abdinovanı qeyd edə bilərəm. Yaxşı şahmatçı olduğunu bilirdim. Amma çempionatda kifayət qədər maraqlı oyun göstərdi. Onunla görüşdə qalib gəlməyimə baxmayaraq çox çətinlik çəkdim.  Sanki mənim uşaqlıqda oynadığım kimi mübarizə aparırdı. 

- Son tura gələndə kimlər sənə dəstək oldu?

- Dostlarım yazmışdı. Aydın Süleymanlı və Məhəmməd Muradlı mənə dəstək oldu. Aydın yazmışdı ki, sən bunu bacaraqsan. Hər ikisinə təşəkkür edirəm. 

- Martda şəxsi Avropa çempionatında iştirak edəcəksən. Qitə birinciliyində əsas hədəf nə olacaq? 

- Avropa çempionatında həm də Dünya Kubokuna vəsiqə qazanmaq uğrunda mübarizə olacaq. Amma Dünya Kubokunda iştirakım dəqiqləşib. 20 yaşadək şahmatçıların dünya çempionatında qələbə qazanmaqla Dünya Kubokuna vəsiqə qazanmışam. Ölkə çempionatında 2400 reytinqimi keçə bilmədim. Avropa çempionatında çalışacam reytinqimi artırım və mükafatçılar sırasında yer alım.

- Gənclər arasında dünya çempionluğundan sonra həyatında nə dəyişdi?

- Bu qədər diqqət olacağını gözləmirdim. Bakıya qayıtdıqdan sonra bir həftə demək olar bütün televiziya kanallarında qonaq oldum. Mənə göstərilən diqqətə görə hamıya təşəkkür edirəm. Ciddi dəyişiklik olduğunu deməzdim. Sadəcə bəzən küçədə tanıyırlar, şəkil çəkdirirlər.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

19:30

Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

19:16

"Beşiktaş"ın futbolçusu silahlı hücuma məruz qaldı

18:44

Remsdeyl "Arsenal"ı tərk edəcək, İngiltərəni yox

18:02

AÇ-2024: 38 yaşlı Modriç milliyə çağırıldı

17:43

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

17:21

Almaniya Bundesliqasının ən yaxşı oyunçusu bilindi

17:03

Azərbaycan millisi Qazaxıstan, Türkiyə və Moldova ilə qarşılaşacaq

16:45

"Mənim hansısa problemim olubsa..." - Salah Kloppdan danışdı

16:27

"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq

16:02

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəldi

15:48

"Üzgünəm, səylərimiz kifayət etmədi" - Mikel Arteta

15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

Facebookdan bizi izləməyi unutmayın.
X