UEFA-nın rəsmi saytında Konrans Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Qarabağ" - "Gent" oyunu (1:0) barədə məqalə dərc olunub.
Fanat.Az xəbər verir ki, yazıda Ramil Şeydayevin qaçırdığı penalti fürsəti qabardılıb:
"Gent" ikinci yarıda azərbaycanlılar üzərində üstünlük əldə etməyə çalışdı. Əlbəttə, Şeydayev penaltini boşa verəndən sonra belçikalılar psixoloji üstünlüyə yiyələnə bilərdilər. Ancaq qonaqlar heç ilk yarıdakı qədər də inamlı görünməyi bacarmadılar. "Qarabağ" tər tökməli olsa da, öz oyununu diqtə etmək niyyətindən dönmədi və bu, Leandro Andradenin vurduğu qolla nəticələndi. Matçın sonlarında "köhlən atlar" az qala hesabdakı üstünlüyünü artıracaqdı. Lakin oyuna sonradan qoşulan Redon Cicanın vuruşundan sonra top qapı tirinə tuş gəldi. Beləliklə, "Qarabağ" bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 6-ya çatdırdı".
Nihat