Bu gün Azərbaycan Basketbol Liqasında 19-cu tura start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk gündə bir oyun keçiriləcək. "Sərhədçi" doğma meydanda "AAAF Xırdalan"ı qəbul edəcək.
Matç saat 18:15-də başlayacaq.
Digər görüşlər isə bu tarixlərdə baş tutacaq.
23 fevral
19:15. NTD - "Sabah"
25 fevral
15:00. "Gəncə" - "Neftçi"
26 fevral
15:00. "Olimpik" (Şəki) – "Zirvə" (Astara)
Turun ilk iki oyunu Bakıdakı “Sərhədçi” İdman Kompleksində, üçüncü görüş Gəncədə, son oyun isə Şəkidə keçiriləcək.