Belçikada "Gent" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Fanat.Az-ın oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, matça 10 200 bilet alınıb.
Qeyd edək ki, 20 000 azarkeş tutumuna malik olan Gent şəhərinin “Gelamko Arena”sına 11 000-ə yaxın bilet satışa çıxarılmışdı.
Xatırladaq ki, "Qarabağ" "Gent"ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.
Röya