UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu ad uğrunda Konstantinos Tzolakis (“Olimpiakos”, Yunanıstan), Ferran Xutqla (“Brügge”, Belçika), Kristiano Biraqi (“Fiorentina”, İtaliya) və Metti Keş (“Aston Villa”, İngiltərə) mübarizə aparacaqlar.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.