Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 20-ci tura start veriləcək.
Fanat.Az xəbər verir ki, turun ilk oyununda 32 xalla ikinci pillədə yer alan NTD 30 xalla beşinci sırada olan "Gəncə" ilə üz-üzə gələcək. Bakıdakı "Sərhədçi" İdman Kompleksində baş tutacaq matç saat 19:15-də başlayacaq.
Turun digər oyunları
4 mart
17:30. "AAAF Xırdalan" - "Olimpik" (Şəki)
20:00. "Sabah" - "Sərhədçi"
5 mart
15:00. "Zirvə" (Astara) - "Neftçi"
Qeyd edək ki, ilk üç qarşılaşma Bakıdakı “Sərhədçi” İdman Kompeksində, turun yekun görüşü isə Astarada keçiriləcək.