Bu gün UEFA Konfrans Liqasında cari mövsümün sonuncu püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.
Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olub.
1/4 finalın cütlükləri:
"Lex" (Polşa) - "Fiorentina" (İtaliya)
"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə)
"Anderlext" (Belçika) - "AZ Alkmaar" (Niderland)
"Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)
Yarımfinal:
"Lex" (Polşa) - "Fiorentina" (İtaliya) cütünün qalibi - "Bazel" (İsveçrə) - "Nitsa" (Fransa) cütünün qalibi
"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə) cütünün qalibi - "Anderlext" (Belçika) - "AZ Alkmaar" (Niderland) - cütünün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də, final görüşü isə iyunun 7-də oynanılacaq.