09:00 07.04.2023 662

Ulu öndər Heydər Əliyev: "İdman millətin şöhrətini yüksəldən sahələrdən biridir"

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Ümummilli lider Heydər Əliyev daim idmançıların cəmiyyət həyatındakı rolunun artmasına, özlərinə layiqli yer tutmalarına xüsusilə diqqət yetirirdi. 

Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.

İdmanı, bədən tərbiyəsini xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahə adlandıran Ümummilli Lider dövlətimizin dünyada tanınmasında, nüfuzunun yüksəlməsində idmanın mühüm rolu olduğunu bildirirdi.  Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".

Fanat.Az Ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idman haqqında fikirlərini təqdim edir: 

İdman, bədən tərbiyəsi, hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir.

***

İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.

***

İdman cəmiyyət üçün ən vacib sahədir. İdmanla məşğul olan hər bir insan, hətta adi bədən tərbiyəsi ilə məşğul olan hər kəs tamam sağlam olur. Sağlam olmaq üçün həkimə müraciət etmək, dava-dərman qəbul etmək, iynə vurdurmaq lazım deyildir. Sadəcə, hər gün idmanla məşğul olun. Mən bir dəfə demişəm, yenə deyirəm: mən gənc vaxtlarımdan idmanı sevmişəm, idmanla məşğul olmuşam, bu gün də məşğul oluram. Ona görə də görürsünüz, sizin qabağınızda belə dayanmışam. Ona görə hamınızı idmanla məşğul olmağa dəvət edirəm. Özü də burada gənclərin öz yeri, orta nəslin, yaşlı nəslin də öz yeri var.

***

Biz idmanın, bədən tərbiyəsinin kütləviliyini təmin etməliyik. Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi bu sahədə çox iş görürlər. Ancaq hələ çox işlər də görülməlidir. Bu, təkcə onların vəzifəsi deyil, bu bizim hamımızın vəzifəmizdir. Bu, bütün hakimiyyət orqanlarının vəzifəsidir. Amma təkcə onların da yox, cəmiyyətin vəzifəsidir. Vətənini sevən hər bir vətəndaşın vəzifəsidir. Bu işdə təkcə dövlət vəsaitindən istifadə etmək, yaxud Milli Olimpiya Komitəsinin imkanlarından istifadə etmək yetərli deyildir. Gərək, bütün başqa imkanlardan da istifadə olunsun. Belə imkanlar isə çoxdur.

***

İdman eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. Biz müstəqil dövlətik. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir. Bunu biz çox vasitələrlə edirik. Bu vasitələrdən biri bizim mədəniyyətimizdir. Məsələn, bizim musiqimiz, ədəbiyyatımız, teatrımız, yaxud mahnılarımız - dünyaya bizi ən çox tanıdan bunlardır. İdman da, bəli, indi dünyada çox geniş yer tutubdur. Müxtəlif yarışlar keçirilir. İlham Əliyev burada dedi, qısa müddətdə yarışlarda nə qədər uğurlar qazanılıbdır. Bunun xüsusiyyəti bir də ondan ibarətdir ki, hər bir idmançı əgər birinci, ikinci, hətta üçüncü yer tutursa, onun mənsub olduğu ölkənin milli bayrağı qaldırılır, birinci yer tutanın şərəfinə dövlət himni ifa olunur.

Sizə bir şeyi bildirmək istəyirəm. Xarici ölkələrdə təkcə Azərbaycanın yox, hər bir dövlətin o halda himni səslənir və bayrağı qaldırılır ki, oraya hansısa dövlətin başçısı rəsmi səfərə gəlmiş olsun. Məsələn, mən, Azərbaycan Prezidenti bir ölkəyə rəsmi səfərə gedəndə, bəli, Azərbaycanın bayrağı qaldığım iqamətgahın üzərində ucaldılır, rəsmi qəbul mərasimində Azərbaycanın himni səslənir və Dövlət bayrağı qaldırılır. Başqa heç bir vaxt belə şey olmur.

Amma idman sahəsində beynəlxalq yarışda da birinci, ikinci, üçüncü yerləri tutan idmançıların mənsub olduqları ölkələrin bayraqları qaldırılır, birinci yeri tutan idmançının ölkəsinin həm də Dövlət himni səsləndirilir. Görürsünüzmü, bunun nə qədər əhəmiyyəti var.

Röya Kərimli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X