Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti görüşü keçirilib.
Fanat.Az xəbər verir ki, yarımfinalın dördüncü günündə "Gəncə" və NTD ikinci oyununu keçirib. Görüş ikincilərin qələbəsi ilə başa çatıb.
Beləliklə, NTD seriyanın hesabını bərabərləşdirib. Finalçının adına üçüncü matçdan sonra aydınlıq gələcək.
"Gəncə" - NTD - 76:105
İlk oyunun nəticəsi: NTD - "Gəncə" - 73:101.
Qeyd edək ki, “Sabah” iki görüşdə “AAAF Xırdalan”ı məğlub edərək ilk finalçı olub.