Bu gün Linzdə (Avstriya) cüdo üzrə Qran-Pri turnirinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, üçüncü yarış günündə iki Azərbaycan cüdoçusu tatamiyə çıxacaq.
Elcan Hacıyev (90 kq) startda belçikalı Karel Fuberlə mübarizə aparacaq. Eyni çəkidəki Murad Fətiyev isə Daniel Nietto (İspaniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, iki gündən sonra komandamızın üç medalı var. Kamran Süleymanov (66 kq) və Rəşid Məmmədəliyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıb.