Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı qrossmeyster III turda hindistanlı Dommaracu Qukeşlə üz-üzə gəlib. Görüş heç-heçə yekunlaşdığından, tərəflər Armageddonda münasibətləri aydınlaşdırıb. Burada 17 yaşlı rəqib qalib gəlib.
Məmmədyarov hazırda 2,5 xalla 9-cu yerdə qərarlaşıb. Karuana 7,5 xalla liderdir. .
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər Armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.