3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması və “Neftçi” klubu Serbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışı keçir.
Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssislərin rəhbərliyi altında qadın komandalar iyunun 10-dək davam edəcək təlim-məşq toplanışı keçəcək.
Qeyd edək ki, toplanışın əsas məqsədi oyunları Şuşa şəhərində (12-13 iyun) keçiriləcək 3x3 Dünya Basketbol Seriyasının mərhələsinə hazırlıqdır.