16-18 iyunda Qazaxıstanda cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın 16 cüdoçusu mübarizə aparacaq.
Onlardan 12-si kişi, 4-ü qadındır.
"Böyük Dəbilqə"də ümumilikdə 46 ölkədən 316 idmançının iştirakı gözlənilir.