Avropa Oyunları çərçivəsində keçiriləcək qarışıq komandalar arasında cüdo üzrə Avropa çempionatına iyirmi iki ölkənin komandası iştirak ərizəsi verib.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycan yığması da iştirak edəcək və onlar Krakovda iki mükafat dəsti - Avropa Oyunları və AÇ uğrunda mübarizə aparacaq.
Krakovda Gürcüstan, Portuqaliya, İsrail, Ukrayna, Almaniya, İspaniya, Çexiya, Fransa, Hollandiya və bir çox başqa ölkələrdən komandalar çıxış edəcəklər.
Qeyd edək ki, Bakı və Minskdə keçirilən əvvəlki Avropa Oyunlarından fərqli olaraq, Krakovda cüdoçular yalnız komanda hesabında mübarizə aparacaqlar.