Tiranada (Albaniya) güləş üzrə yeniyetmələr arasında (U-17) Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın dördüncü günündə daha beş çəkidə qız güləşçilər xalça üzərində mübarizə aparırlar.
Azərbaycanı turnirdə Esra Məmmədli (46 kq), Gülər Həbibova (53 kq) və Günay Qurbanova (61 kq) təmsil edib. Onların hamısı ilk görüşlərində uduzaraq yarışla vidalaşıb.
Axşam saatlarında Ruzanna Məmmədova (57 kq) final görüşünə çıxacaq.
Qeyd edək ki, ilk üç gündə mübarizə aparan Azərbaycanın yunan-Roma güləşi millisi yarışı bir qızıl və beş bürünc mükafatla başa vurub.