"Hərbçilər arasında ölkəmizdə keçiriləcək dünya çempionatı biz idmançılar üçün gözəl fürsətdir".
Fanat.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın sərbəst güləş millisinin lideri Hacı Əliyev söyləyib.
Üçqat dünya çempionu noyabrın sonunda Bakıda təşkil olunacaq hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında uğurlu çıxış edəcəklərinə inandığını söyləyib:
"Hərbiçilərin dünya çempionatına hazırlaşırıq. Təlim məşqlərimiz başlayıb. Sərbəst güləş millimizin bəzi üzvlərini çıxmaq şərti ilə, tam heyətlə yarışda iştirak edəcəyik. Bilirsiz ki, aprel ayında olimpiya oyunlarına lisenziya xarakterli turnir baş tutacaq. Mənə elə gəlir ki, bu yarış da hazırlıq baxımından fürsətdir. Ölkəmizdə belə bir mötəbər yarışın keçirilməsi qürurvericidir. Fürsətdən istifadə edib gözəl nəticə qazanmaq, öz ölkəmizdə bayrağımızı qaldıraraq himnimizi səsləndirmək istəyirik".
Qeyd edək ki, hərbçilər arasında dünya çempionatı Dövlət Sərhəd Xidmətinin, həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr - 3 dekabr tarixlərində “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
Nahid Məmmədov