Sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Levan Tediaşvili 75 yaşında vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə Gürcüstan Güləş Federasiyası məlumat yayıb.
“Əfsanə getdi. Levan Tediaşvili vəfat edib”, – federasiyanın paylaşımı belədir.
Tediaşvilinin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.
Karyerası ərzində Tediaşvili iki dəfə - 1972-ci ildə Münhendə və 1976-cı ildə Monrealda keçirilən Olimpiya Oyunlarının "qızıl"ını qazanıb. O, həmçinin sərbəst güləş üzrə dördqat dünya çempionu və üçqat Avropa çempionu olub.