Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxıb. Kişilər arasında 60 kq çəkidə Kənan İsmayılov və Nazir Talıbov, 66 kq çəkidə Kəramət Hüseynov və Kamran Süleymanov medallar uğrunda mübarizə aparıb.
Qadınlar arasında isə 48 kq çəkidə Leyla Əliyeva və Ramilə Əliyeva, 52 kq çəkidə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva yarışıb.
Onlardan K.Hüseynov və G.Məmmədəliyeva bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarış üç gün davam edəcək.