Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan Böyük Dəbilqəni bir medalla başa vurublar.
Fanat.Az xəbər verir ki, yarışın sonuncu günündə tatamiyə çıxan beş idmançıdan ikisi medal görüşündə qüvvəsini sınayıb.
100 kq-da Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri bürünc mükafat qazanmaq şansını əldən verib.
Onlar 3-cü yer uğrunda qarşılaşmada, müvafiq olaraq, rusiyalı Arman Adamyan və monqolustanlı Tsetsentsengel Odxuuya uduzublar.
***
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışın üçüncü - sonuncu günündə 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxacaq.
Kişilər arasında 90 kq əkidə Murad Fətiyev və Elcan Hacıyev, 100 kq çəkidə Zelim Kotsoyev, +100 kq çəkidə isə Uşanqi Kokauri və Camal Qamzatxanov medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, iki gündən sonra ölkəmizin aktivində bir bürünc medal var. Yeganə mükafatı Yaşar Nəcəfov (66 kq) qazanıb.