Növbəti mövsümə hazırlığını davam etdirən “Sabah” dünən Almaniyanın “Sankt-Pauli” klubu ilə yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, matçdan sonra baş məşqçi Murad Musayev “Sabah” TV-yə müsahibə verib.
Rusiyalı mütəxəssis müsahibə zamanı hazırlıq, yoxlama oyunları və digər məsələlər barədə fikirlərini bildirib.