11:21 12.05.2024 1751

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

"Qarabağ" Misli Premyer Liqasının 34-cü turunda səfərdə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviç matçdan sonra Fanat.Az-a müsahibə verib.

-"Zirə" üzərində qələbəni necə şərh edərdiniz?

- "Zirə"yə qarşı ağır oyun keçirdik. Qarşımızda avrokuboklara vəsiqə qazanmağı hədəfləyən və çempionatda ikinci yeri tutmaq uğrunda mübarizə aparan bir rəqib var idi. Onlar inamlı çıxış etdilər. Matçın əvvəlində çox əziyyət çəkdik. Ona görə bəzi epizodlarda aqressiv idik. Amma lazım olan qolu vurub yekunda 3 xal qazandıq. Bu, bizim üçün önəmli olanıdır.

- Əksər matçlardan fərqli olaraq “Zirə” ilə görüşdə qolları sıralamaq mümkün olmadı. Bunu nə ilə izah etmək olar?

- Düşünürəm ki, hər oyunda 3-5 qol vurmağa ehtiyacımız yoxdur. Hər qarşılaşma fərqli keçir. Bu, rəqibdən də asılıdır. "Zirə" bizə qarşı, xüsusilə müdafiədə etibarlı oynadı. Rəqib futbolçular birəbir epizodlarda yaxşı oyun nümayiş etdirirlər. Çoxlu şans əldə etsək də, düzgün istifadə etmədik. Ona görə də bir qolla kifayətləndik.

- Öz çıxışınızdan nə dərəcədə razı qaldınız?

- Həmişə öhdəliyimə düşəni etməyə çalışıram. Bu gün də fərqli nəsə olmadı. Oyundan-oyuna öz mövqeyimdə daha yaxşı çıxış etmək istəyirəm. Çünki təcrübə qazanmaq önəmlidir.

- Artıq qızıl medalları təmin etmisiniz. Bu məqam oyunlara köklənməyinizə mane olmur?

- Çempion olsaq da, hər oyunda qələbə qazanmalıyıq. Baş məşqçimiz də bizdən bunu tələb edir.

- Son zamanlar adınız tez-tez digər klublarla yanaşı hallanır. Sizi növbəti mövsümdə də “Qarabağ”da görə biləcəyik?

- Hazırda başqa yerli və ya xarici klublarla danışıq aparmıram. "Qarabağ"la müqaviləm var. Burada özümü sübut etmək istəyirəm.

- Növbəti matç "Turan Tovuz"a qarşı olacaq. Bu qarşılaşmadan gözləntiləriniz nədir?

- Bu görüşə hazırlaşmaq üçün olduqca az vaxtımız var. Hədəf dəyişməz olaraq qalır. Hər oyunda qələbə qazanıb Azərbaycan çempionatını qələbələrlə ilə başa vurmaq istəyirik.

Nahid Ustaclı

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X