"Liverpul"un baş məşqçisi Yurgen Klopp Almaniya millisində işləməkdən imtinasının səbəbi haqda danışıb.
Fanat.Az xəbər verir ki, RTL təcrübəli alman mütəxəssisin dediklərini belə çatdırıb:
“Doğrudur, təklif almışdım, ancaq imtina etdim. Çünki “Liverpul”a sadiqəm. Mənim ürəyim "Enfild"ə məxsusdur. Burada keçirdiyin səkkiz ilini sadəcə kəsə bilməzsən. "Liverpul"la yeni müqavilə imzaladım. Bu, şüurlu bir qərar idi”.
Kloppun Mersisayd klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. Yurgen 2015-ci ildən komandaya rəhbərlik edir.
Mirağa