İngiltərə millisinin və "Çelsi"nin sabiq müdafiəçisi Con Terri keçmiş klubunun səhmlərini almaqda maraqlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı “The Telegraph” qəzeti yayıb.
Mənbənin məlumatına görə, Terri paytaxt klubunun səhvlərindən pay almağı planlaşdırır. Konkret, o, klubun səhmlərinin on faizini almaq istəyir. Artıq Terrini9n adı investorların siyahısındadır.
Xatırladaq ki, Terri 1998-2017-ci illərdə “zadəganlar”da çıxış edib. O, İngiltərə nəhənginin heyətində Premyer Liqasının çempionu və ölkə kubokunun qalibi olub. Bundan əlavə, Con Çempionlar Liqası, Avropa Liqası və İngiltərə Liqa Kubokunu qazanıb.
Con Terri futbolçu karyerasını "Aston Villa"da başa vurub.
Mirağa