Əfsanəvi futbolçu Zlatan İbrahimoviç "Milan"da vəzifə tutmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu məlumatı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, İbrahimoviç "rossoneri"nin baş məşqçisi Stefano Piolinin köməkçisi ola bilər. Onun tezliklə məşqçilik lisenziyası alacağı gözlənilir.
Zlatan İbrahimoviç 2022/2023 mövsümündən sonra peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib. Veteran futbolçu son mövsümdə aldığı zədələrdən əziyyət çəkirdi. İndi o, yeni çağırışlar axtarır.
Onu da əlavə edək ki, “Milan” Çempionlar Liqasına elə də uğurlu start verməyib. "Rossoneri" "Nyukasl"la üz-üzə gəlib. Stefano Piolinin yetirmələri ciddi üstünlüyə malik olsalar da, ingilis müdafiəsini yara bilməyib. "San Siro"da keçirilən görüş heç-heçə başa çatıb - 0:0.
Mirağa