“Barselona” futbolçusu Alexandro Balde ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
20 yaşlı müdafiəçi ilə müqavilə daha 5 il müddətə uzadılıb. Beləliklə, yeni sözləşmə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Balde “Barselona”nın öz yetirməsidir və 2021-ci ildən əsas komandaya cəlb olunub.
Mirağa