15:07 20.11.2023 409

Azərbaycan millisinin voleybolçuları Vyetnamda mükafat qazandılar

Azərbaycan millisinin voleybolçuları Polina Rəhimova və Odina Əliyeva Vyetnam çempionatında fəxri kürsüyə qalxıblar.

Fanat.Az xəbər verir ki, Polina Rəhimovanın formasını geyindiyi “Xoa Çat Duk Qianq Tia Sanq” klubu liqanı gümüş medalla tamamlayıb.

Odina Əliyevanın şərəfini qoruduğu “Binh Dyen Lonq An” isə üçüncü yeri tutaraq bürünc mükafata yiyələnib.

P.Rəhimova həmçinin Vyetnam liqasının ən yaxşı hücumçusu seçilib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X