Birinci Liqanın debütantı "Araz Saatlı" heyətini legioner futbolçu ilə gücləndirir.
Fanat.Az Mərkəzi Aran təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baxışda olan nigeriyalı Martins Onyebukenu icarəyə götürə bilər.
22 yaşlı mərkəz yarımmüdafiəçisi ilə cari mövsümün sonuna qədər müqavilə imzalanması planlaşdırılır.
Qeyd edək ki, Martins Onyebuke müqavilə ilə Xorvatiyanın "Qrobikan" klubuna məxsusdur.
Nahid Məmmədov