Dağıstanlı MMA döyüşçüsü Maqomed Mutaev öldürülüb.
Fanat.Az "RİA Novosti"-yə istinadən xəbər verir ki, 21 yaşlı idmançı ötən axşam Mahaçqalanın mərkəzində dünyasını güllələnib.
qisas məqsədilə öldürülə bilərdi,
Mənbə Dağıstanın hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, silahlı şəxs Maqomedə evinin yaxınlığında yaxınlaşaraq 8 atəş açıb, onlardan biri başına dəyib. Mutayev təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Artıq döyüşçünü qətlə yetirməkdə şübhəli bilinən və polis tərəfindən axtarışda olan şəxs müəyyənləşib. Bu, Maqomedin 18 yaşlı tanışı Nadırxan Kadirxanovdur. Bu barədə polisin açıqlamasında belə qeyd olunub: “İlkin versiyaya görə, Mutayev səs-küylü qonşu olub və şübhəlinin anasına və ya bacısına qarşı kobudluq edib. O, idmançını sakitləşdirməyə çalışıb, cavab olaraq Mutaev tərəfindən döyüb. Şübhəli şəxs kin bəsləyib və nəticədə qisas aıb”.
Qeyd edək ki, mərhum Maqomed Mutaev qarışıq döyüş növləri üzrə məşhur döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun tələbəsi olub.
Mirağa