UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer Leverkuzen"in sağ cinah müdafiəçisi Jeremi Frimponq iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Florian Plettenberq yayıb.
Xəbərə görə, 23 yaşlı futbolçunun xidmətində "Bayern Münhen" maraqlıdır. Mənbə sözügedən oyunçunun Leverkuzen klubu ilə müqaviləsindəki təzminat məbləğini də açıqlayıb - 40-45 milyon avro.
Cari mövsüm bütün turnirlərdə 30 matça çıxan Frimponq 10 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Bayer"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab qarşılaşması bundan bir həftə sonra Leverkuzen şəhərində reallaşacaq.
Nihat