Almaniya futbolunun canlı əfsanəsi Lotar Mateus Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasını - "Bayer Leverkuzen" - "Qarabağ" oyununu (3:2) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Bild" onun dediklərini belə çatdırıb:
"Bu, "Bayer"in ən yaxşı oyunu deyildi. Əminəm ki, Leverkuzendəki matçı hələ uzun müddət xatırlayacağıq. "Bayer" sona qədər oynadı və istəyinə çatdı. Mövcud reallıq komandanın Xabi Alonsonun rəhbərliyi altında son aylardakı inkişafına sübutdur. Unudulmaz matç izlədik".
Xatırladaq ki, tərəflərin Bakıdakı görüçü 2:2 hesablı bərabərliklə yekunlaşmışdı.
Nihat