Azərbaycan Birinci Liqasının 18-ci turu çərçivəsində "Şamaxı" evdə "Qaradağ Lökbatan" ilə qarşılaşıb. Görüş tərəflərin məhsuldar bərabərliyi ilə yekunlaşıb - 2:2.
"Aslanlar"ın baş məşqçisi Ramiz Məmmədovla əlaqə saxlayıb matçla bağlı fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a müsahibəsini təqdim edirik:
- Matçla bağlı fikirləriniz i bilmək istəyirik.
- Nəticədən narazıyam. Ancaq ümumilikdə uşaqların döyüşkənliyindən razı qaldım.
- "Şamaxı"nın çempionluq şanslarını necə dəyərləndirirsiz?
- Qarşımıza qoyulan məqsəd çempionluqdur. Sona qədər qızıl medallar uğrunda mübarizə aparacağıq.
- Baş məşqçi postunuza gəldikdən sonra hansı müsbət dəyişikliklərə nail olmusuz?
- Bu dəyişiliyi ancaq kənardan baxanlar deyə bilər. Biz nəsə deyə bilmərik. Hər şey göz qabağındadır. Gördüyümüz işləri azarkeşlər və futbol mütəxəssisləri qiymətləndirə bilərlər.
- "Qaradağ Lökbatan"la görüşdə bir qolunuz qeydə alınmadı. Hakim idarəçiliyindən razı qaldınızmı?
- Hakimlik haqqında da heç bir şey danışmaq istəmirəm. İndiyə qədər danışmamışam. Bundan sonra da danışmaq niyyətim yoxdur.
Nahid Ustaclı