Beynəlxalq Olimpiya Komitəsi rusiyalı jurnalistlərə Paris Olimpiadasında hər hansı milli simvollardan istifadəni qadağan edib.
Fanat.Az xəbər verir ki, bu barədə TASS quruma istinadən məlumat yayıb.
BOK-dan bildirilib ki, KİV əməkdaşları neytral idmançılarla eyni tələblərə tabedirlər.
Qeyd edək ki, BOK 2023-cü ilin dekabrında Rusiya və Belarus idmançılarına Paris-2024-də yalnız neytral idmançı statusunda olanlara xüsusi bayraq və himn əvəzinə musiqi ilə iştirak etməyə icazə verib. Bundan başşqa, yarışa hərbi və ya hüquq-mühafizə orqanlarının idmançıları (CSKA və "Dinamo") cəlb edilə bilməz. Olimpiadada Z simvolundan, hər hansı hərbi simvollardan və Müqəddəs Georgi lentinin rənglərindən (qara və narıncı) istifadə etmək də qadağandır.