Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalar ilə hərəkətlərdə çıxış edib.
Yığmamız 33.850 xala layiq görülüb. Təmsilçimiz lentlərlə də nəyə qadir olduğunu göstərməyə çalışacaq.