Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı idmançı fərdi çoxnövçülükdə ilk olaraq topla hərəkətlərdə çıxış edib.
Təmsilçimiz 30.200 xala layiq görülüb. Ağamirova halqa, lent və gürzlə də bacarığını göstərməyə çalışacaq. O, indilik 7-ci yerdədir.