"Yuventus" "Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Luisi transfer edib.
Fanat.Az xəbər verir ki, Turin klubu bu keçidi mətbuat xidməti vasitəsilə açıqlayıb.
Futbolçu ilə müqavilənin müddəti 5 illik - 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Braziliyalı yarımmüdafiəçi ötən mövsüm 54 matçda 10 qol vurub. Futbolçu 10 məhsuldar ötürmə edib.