11:56 15.11.2024 493

Milli 6 il əvvələ qayıtmamaq üçün bunu bacarmalıdır - Şans var

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Qarşıdakı bir həftədə UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq. Artıq bir çox komandalar turnir vəzifəsinin öhdəsindən gəliblər və bu üzdən son iki tur onlar üçün formal xarakter daşıyır. Azərbaycan millisi üçün isə əksinə, taleyüklü sınaqlar irəlidədir. Qrup sonuncusu olmamaq, daha doğrusu, 6 il əvvəl başladığımız nöqtəyə - D Liqasına yuvarlanmamaq üçün üçün Estoniya və İsveçlə görüşlərə maksimum güc sərf etmək lazımdır. Düzdür, indiki halda şərtlər əleyhimizə olsa da, hətta qrupda sonuncu yeri tutub C Liqasında qalmağımız mümkündür. Necə? Həm millimizin hazırki durumu, həm də şansları barədə məlumatları diqqətinizə çatdırmaq istəyirik. 

Bəribaşdan xatırladaq ki, əvvəlki 3 tsikldə Azərbaycan yığması qrupda azı 6 xal əldə edib. İlk mövsümdə - 2018/19-da Qurban Qurbanovun rəhbərliyi altında çıxış edən yığmamız 9 xal toplayaraq yalnız Kosovodan geri qalmışdı. Bununla belə, 2-ci yer sayəsində C Liqasına yüksəldik. 2020/21-də 6 xalla 3-cü yerə geriləyən komanda C-də qalmağı bacardı. Ötən Millətlər Liqasında isə rekord (10 xal) nəticə əldə olundu, bununla belə, qrup birinciliyini Qazaxıstan əldə etdi. 
Başa çatmaqda olan 2014/15 mövsümünün əvvəlki 4 oyununda məğlub olan Azərbaycan millisinin zəif nəticəsini yeni baş məşqçi təyinatı ilə əlaqələndirmək olar. Hər halda, millinin yeni baş məşqçisi Fernandu Santuşun komandaya tam uyğunlaşa bilmədiyi, heyətdə seleksiyabənzər dəyişikliklər turnir ərzində aydın görünürdü. Bəzi oyunlarda komanda çox ehtiyatla oynayaraq əks-hücum şanslarını qaçırırdı, digərlərində isə əksinə, çox risk edirdi, rəqiblərin hücumları zamanı boş mövqelər buraxırdı. 

Yığma Millətlər Liqasında növbəti matçını noyabrın 16-da Estoniyaya qarşı keçirəcək. Bu rəqibinə Estoniyadakı qarşılaşmada uduzan (1:3) seçmənin Qəbələdəki oyunda, eləcə də üç gün sonra İsveçdə sırf nəticəyə yönəlik oyun sərgiləməsi vacibdir. Çünki söhbət komandanın aşağı liqaya yuvarlanmaq riskindən gedir. Bəs yığma hansı halda C Liqasında qala bilər? 
İlk növbədə qeyd edək ki, ötən tsikllə müqayisədə reqlamentdə dəyişiklik var. 2022/2023-də C Liqasında qrup sonuncularından ən zəif nəticə göstərən 2 komanda arasında pley-off görüşü keçirilmiş, iki oyunun nəticəsinə görə Cəbəllüttariqi üstələyən Litva yerini qorumuşdu. D Liqasından isə 2 komanda C-yə yüksəlmişdi. Builki reqlament dəyişikliyi D Liqasındakı qruplarda komanda sayının eyni olmasına xidmət etdi. Belə ki, ötən mövsüm 1-ci qrupda 4, 2-də 3 komanda yarışırdısa, hazırda hər ikisində üç (cəmi 6) iştirakçı var. 
Yeni reqlamentə əsasən, C Liqasında qrup sonuncusu olacaq 4 komandadan ən zəif nəticə ilə yadda qalan 2 iştirakçı birbaşa D-yə yuvarlanacaq. Onları aşağı liqadan qrup liderləri birbaşa vəsiqə ilə əvəz edəcək. C-də qrup sonuncularından digər ikisi isə D qrupunda 2-ci yeri tutan komandalarla pley-off görüşü keçirəcəklər. 

İndki halda vəziyyət ürəkaçan deyil. Son 2 oyunu nəzərə almasaq, yığmamız qrup sonuncuları arasında ən zəif nəticə göstrərən komandadır. Santuşun rəhbərlik etdiyi komanda 4 oyunda xal qazanmamaqla yanaşı, cəmi 3 qol vurub və 11 top buraxıb. Başqa sözlə, topların nisbəti mənfi 8-dir. Azərbaycandan başqa, Litva 2-ci, Lüksemburq 3-cü, Farer adaları 4-cü qrupda aşkar autsayder mövqeyindədir. Dörd turun nəticəsinə əsasən, Litva ilə yığmamız D divizionuna düşməyə real namizəddir. Amma Estoniya üzərində qazanılacaq istənilən hesablı qələbə Azərbaycan millisinin C Liqasında qalmaq şansını artıracaq. Düzdür, minimal hesablı qalibiyyət işə yaramayacaq. Belədə həm Estoniya ilə şəxsi oyundakı geriliyi (rəqib öz meydanında 2 top fərqi ilə qalib gəlib) aradan qaldırmaq mümkün olmayacaq, həm də vurub-buraxılan qolların saldosunda fərq aradan qalxmayacaq. Qeyd etdiyimiz kimi, Azərbaycanda bu göstərici -8-ə, Estoniyada isə -5-ə bərabərdir. Qəbələdə 2 top fərqli qələbə qazansaq, rəqəm xeyrimizə dəyişəcək: -6:-7. 

Ən pis halda, yəni millinin minimal hesablı qələbəsi D Liqasına yuvarlanmamaq üçün əlavə şans yaradacaq. Belə ki, 3 xal qrup sonuncularının sıralamasında dəyişikliyə səbəb olacaq, ən zəif 2 komandan biri biz olmayacağıq. Bu isə D Liqasında 2-ci yeri tutan komandalardan biri ilə pley-offda oynamaq fürsəti verəcək. Hazırda D Liqasında vəziyyət belədir: 

Əlbəttə, biz hazırki duruma əsasən şansları dəyərləndiririk. Azərbaycan millisi 5-ci turda Estoniyanı məğlub edib turnir vəziyyətini düzəltsə də, son oyunda durum yenidən dəyişə bilər. Altıncı turda Azərbaycan İsveçlə, Estoniya isə Slovakiyayla qarşılaşacaq. Həm biz, həm də estonlar qrup mübarizəsinə səfərdə yekun vuracağıq. Həm İsveçin, həm də Slovakiyanın qrup liderliyinə can atdığını nəzərə alsaq, Estoniya ilə Azərbaycan yığmasının şansları bərabər dəyərləndirilə bilər. Ancaq iddialılar da bu turda qarşılaşacaqlar və belədə siuasiya dəyişə bilər. Tərəflərdən hansı qələbə qazansa və prinsipial rəqibi üçün əlçatmaz olsa (ilk görüşdə bərabərə qalıblar - 2:2), son tura formal yanaşa bilər.  

Hələliksə Fernandu Santuşun komandasının bəxti gətirmir. Vəziyyətin bu həddə gəlib çatmasında zədələrin çoxluğu, liderlərin olmaması müəyyən qədər rol oynayıb və təəssüf ki, bu, yenə də davam edir. Mövsümün startı ərəfəsində Şahruddin Məhəmmədəliyevin zədələnməsi və "1 nömrə" ilə bağlı qeyri-müəyyənlik, Emin Mahmudovla Ramil Şeydayev arasında soyuqluğun milliyə təsiri nəticəsində lider yoxluğunun yaranması, vacib oyunlar ərəfəsində Mahmudovun, eləcə də Rüstəm Əhmədzadənin zədələnərək heyətdən çıxarılması, Mahir Emrelinin cəzalı olması işləri çətinləşdirir.
Bizdən milli komandamıza uğur arzulamaq qalır...

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.



 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

09:45

Ərəb şeyxi Taysonu fikrindən döndərdi - "Ovlamalı olduğumuz bir dovşan var"

09:23

"Şamaxı"nın 4 yeni oyunçusunun komandaya qoşulacağı tarix bilindi

09:00

"Mən qarşısıalınmaz olacam" - Lamin Yamal

00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

20:17

Fransalı hücumçu İPL klubunda - RƏSMİ

19:50

"Bayern Münhen" "Liverpul"a rəsmi təklif göndərdi

Facebookdan bizi izləməyi unutmayın.
X