17:16 22.07.2022 585

Azərbaycanda qadın futbolu: 10 ilin mənzərəsi

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan futbolu 2004-cü ildə oyanış dövrünü yaşasa da, qadın futbolunda dirçəliş 2010-ci ilə təsadüf etdi. 

Belə ki, AFFA-nın səyləri nəticəsində ilk dəfə Azərbaycanda FIFA tədbiri keçiriləcəkdi. 

19 mart 2010-cu il FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, tarixdə üçüncü dəfə, Avrasiyada isə ilk dəfə baş tutacaq U-17 qadınlararası dünya çempionatının ev sahibliyi Azərbaycana verildi. 

22 sentyabr – 13 oktyabr 2012-ci il tarixləri arasında keçiriləcək mundialda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edəcəkdi.

Lakin dünya çempionatının keçiriləcəyi ölkədə qadın futbolu ənənəsi olması şərt idi. Bu səbəbdən 1 il ərzində, yəni 2011-ci ildə 2 yaş qrupu üzrə - U-15 və U-17 milliləri və ölkədaxili liqalar yaradıldı. Həmin dönəmlərdə futbol hakimi olaraq fəaliyyət göstərdiyim üçün gedişatı daha yaxından təqib edirdim. Belə ki, ona kimi gənc qadın hakimlər "Sabahın ulduzları" və oglanlar arasında U-15, U-17 liqalarının oyunlarına təyinat alırdısa, qızlar liqaları yarandıqdan sonra turnirin görüşlərini qadın hakimlər idarə etdi. 

İki liqa təsis edilmişdi və bu liqalarda çıxış edəcək komandalar lazım idi. Təbii olaraq, bir çox komandalar təsis edildi. Lakin bu layihə yalnız paytaxt Bakını yox, rayonları da əhatə etdi. Belə ki, Lənkəran, Qax, Sumqayıt, İmişli, Qusar, Zaqatala, Mingəçevir kimi rayonlarda da 15 və 17 yaşlılardan ibarət qız komandaları yaradıldı.

Bakı klubları və sözügedən rayonların komandaları arasında seleksiya işləri aparılır, istedadlı qızlar seçilib milli komandalara cəlb edilirdi. Dünya çempionatına az zaman qaldığı üçün demək olar ki, U-17 millimizin üzvləri daim toplanışda olurdu. Bir ay Bakıda, bir ay Avropanın hansısa ölkəsində təlim-məşq toplanışları təşkil edilir, yoxlama oyunları keçirilirdi. Həmin dönəmdə qadın futboluna çox sərmayə yatırıldı. Çox səfərlər, yarışlar, tədbirlər, piar işləri aparıldı. Lakin millimiz dünya çempionatında elə də uğurlu çıxış etmədi və qrup sonuncusu oldu. 

Artıq 10 il geridə qalıb. Ancaq millimizin nəticələrinə baxanda yenə də ürəkaçan mənzərə görə bilmirik. Düzdür, həmin dönəmin heyəti ilə bugünkü arasında fərq var. Ancaq yenə də zəif nəticələr qeydə alınır.

Bəs bunun səbəbi nədir? Mental düşüncəmi, ailə və yaxın ətrafın təsirimi? Olmaya, qızlarımızın futbol üçün ümumi fiziki hazırlığı zəifdir? Bəlkə daha yaxşı ola bilərlər, sadəcə, məsuliyyətsiz yanaşırlar? Hansı səbəblər qızlarımızın futbolda inkişafına mənfi təsir edir? 

Suallarımızı qadınlardan ibarət milli komandamızın baş məşqçisi Siyasət Əsgərov cavablandırdı: 

"Azərbaycanda qadın futbolunun səviyyəsi yeni dönəmdən, yəni 2010-cu ildən inkişaf etməyə başladı. Məhz bu dönəmdən etibarən qadın futbolunun yüksəlişində yaxşıya doğru xeyli işlər görüldü. Liqaların yenidən formalaşdırılmasını, komandaların sayının artırılmasını, regionların liqaya qoşulmağa başlamasını qeyd edə bilərik. Bundan başqa, regionlarda qızlarımızın peşəkar futbola cəlb edilməsi, onların qonşu ölkələrdə legioner həyatı yaşaması qarşıya qoyulan planların inamlı nəticələridir. Məsələn, futbolçularımızdan bəziləri Rusiya, Türkiyə, Qazaxıstan kimi ölkələrdə çıxış edirlər. Xüsusən də, qapıçımız Aytac Şərifovanın İslandiyanın ən köklü komandalarından olan "Keflavik"də oynamasını qeyd etmək istərdim. Bu gün bizim əsas məqsədimiz bu cür futbolçularımızın sayını artırmaq və onların daha çox Avropa klublarında çıxış etmələrini təmin etməkdir. Baxmayaraq ki, qadın futbolunun inkişafı bir qədər ləng gedir, biz ildən-ilə bu inkişaf tepmini artırmaqla məqsədimizə doğru irəliləyirik.

2010-cu ildə qadın futbolunda demək olar ki, liqa belə, yox idi. Çox çətinliklər vardı. 2012-ci ildə dünya çempionatı Azərbaycanda keçiriləkdi. Federasiya çox böyük turniri Bakıya həvalə etmişdi. Bu, qadın futbolu ilə bağlı ilk mötəbər turnir idi. Təbii, dünya birinciliyinə ölkəmizin ev sahibliyi etməsini ciddi etimad, çox sevindirici fakt kimi dəyərləndirməliyik. Çünki dediyim kimi, həmin dönəmdə bizim heç klubumuz və ya liqamız yox idi. Həmin ildə bizdə ilk liqa formalaşdırıldı. Bu liqa U-15 liqası adlandırıldı və ümumilikdə bütün respublika üzrə buraya 10 komanda daxil edildi. 

Millimizin baş məşqçisi olan almaniyalı mütəxəssis Sisi Raytın və onun bütün heyətinin iştirakı ilə bütün regionlar üzrə seleksiya günləri təşkil etdik. Seleksiya günlərinin keçirilməsi prosesi bir qədər fərqli idi. Belə ki, bizdə komandalar olmadığı üçün ilk öncə istedadlı və idmanı sevən, futbola marağı olan qızlarımızı seleksiya günlərinə dəvət etdik. Daha sonra öz istedadı ilə seçilən qızlarımızı akademiyada yerləşdirdik. Onlar bir yerdə təhsil alırdılar. Onların məktəbə gedib gəlmələri üçün ayrıca nəqliyyat vasitəsi ayrılmışdı. Həmin vaxt bizim az zamanımız olduğu üçün qərara gəldik ki, qızlar hamısı eyni məktəbdə oxusunlar. Onlar səhər məktəbdə olarkən səhər məşqini orada tədris edirdik, digərini isə məktəbdən sonra - axşam edirdilər. Bütün bunların hamısı vaxt azlığından irəli gəlirdi. Qeyd edim ki, həmin illərdə nəticələrimiz də yaxşı olurdu.

Belə desəm, biz yoxdan bir komanda yaratmağa çalışırdıq. Bəzən isə elə hallar baş verirdi ki, çox istedadlı qızlar  tapsaq da, onların valideynləri ilə problemlər yaşayırdıq. Bəzi ailələri razı salmaq mümkün olsa da, bəzilərini razı salmaq olmurdu. Amma ümumi götürsək, həmin dövrdə çox ciddi işlər görə bildik. Dediyim kimi, 2010-cu ildə U-15 liqası yaratdıq və seleksiyadan seçilən qızlardan ibarət yeni klublar formalaşdırdıq. Bu liqa indiki liqaların təməli oldu. İndi isə bizim peşəkar əsas liqamız, U-17 liqamız var. Biz önümüzdəki illərdə U-12 liqasını yaratmağı planlayırıq. Bu isə özlüyündə sevindirici haldır.

Futbolda kütlə olmalıdır. Kütlə bir müddətdən sonra keyfiyyətə çevrilməlidir. 2012-ci ildən sonraki dönəmi nəzərə alsaq, bizim məqsədimiz kütlə yaradıb sonra ondan keyfiyyət almaq olub. İndiki A Milli komandanın tərkibinin əksəriyyəti 2012-ci ildə qoyulan təməldən gələn qızlardır. Bildiyiniz kimi, A Milli komandamız yeni yaranıb. Yarandığımız ilk ildə seçmə mərhələdə çox çətin qrupla oynadıq. Hazırda isə dünya çepionatının seçmə mərhələsində oynayırıq və son iki matçımız qalıb. Keçən il qrupu 3 xalla başa vurduq, bu il isə hələ 2 oyunumuz qalmasına baxmayaraq artıq 3 xalımız var. İstəyirik ki, qarşıdakı matçlarda daha yaxşı nəticələr əldə edək. 

Nəticə demişkən, böyükhesablı yenilgilərimiz həm mətbautda yaxşı qarşılanmır, həm özümüzə psixoloji olaraq mənfi təsir edir. Ancaq qeyd etməliyəm ki, bəzi şeylər bizdən asılı olmayan səbəblərdən baş verdi. Çünki bizim planlarımızda dəyişikliklər etmək məcburiyyətində qaldıq. Pandemiya hər sahədə olduğu kimi, bizim iş prinsipplərimizə mane oldu. Valideynlərinin çoxunda qorxu yarandı və uşaqları məşqlərə göndərmədilər. Beləcə, kütlə azalmağa başladı. Bu məqam bizə problem yaratdı. Mövcud vəziyyət əsas komandaya da təsir etdi. Çünki qızlarımız qonşu olkələrdə legioner həyatı yaşayırlar. Həmin ölkələrdə də pandemiya sürətlə yayılırdı və liqalarda fasilə yarandı. Ümumiyyətlə, qızlar heç evdən bayıra çıxa bilmirdilər. Eyni durum bizim ölkədə də hökm sürürdü. Çox böyük problemlər oldu. Bizim böyükhesabli yenilgilərimizin səbəbi pandemiya ilə əlaqələndirilməlidir. Çünki məşq edə bilmirdik. Bəzi oyunlar təxirə salındı, bəzi ölkələr oldu ki, onlar bizdən əvvəl məşqlərə başlayıb bərpa olundular, biz isə məşqsiz qaldıq. Amma şükürlər olsun, pandemiya azalıb və inşallah, bir də olmaz. Valideynlərdə də artıq inam qayıdıb, qızları məşqlərə buraxırlar. Bu, bizim üçün sevindirici haldır. Ümid edirəm ki, bu hallar bir də yaşanmayacaq. 

- 10 il əvvəldən, indiki vəziyyətdən danışdıq... Bəs 10 il sonra Azərbaycanda qadın futbolunun hansı səviyyədə olacağını düşünürsünüz?
- Məşqçi olaraq arzu edərəm ki, qadın futbolu ən yüksək yerlərdə olsun. 10 ildir burdayam. Bu 10 ildə istər federasiya heyətinin, istərsə də futbolçu qızlarımızın necə ciddi şəkildə əziyyət çəkdiklərinin şahidiyəm. Düşünürəm ki, bu gün hər kəs işini yüksək səviyyədə görür. Hər kəsin məqsədi Azərbaycanda qadın futbolunu özünün ən yüksək səviyyəsinə çatdırmaqdır. Mən Azərbaycan çempionatında çıxış edən klublarımızın da qadın komandalarını görmək istəyərəm. Bu, bizim də işimizə yaxşı tərəfdən təsir edəcək. Bundan başqa, necə ki, böyük klubların tərkibində oğlan akademiyaları var, eyni şəkildə də qadınlar üçün bu cür akademiyaların olmasını çox istərdim. Oğlanlar arasında U-19, U-12 liqaları olduğu kimi, qızlarımız üçün də belə liqaların sayının çoxalmasını arzulayıram. Bu il Türkiyədə ALG klubunun çempion olmasında Kristina və Jalənin də payları oldu. İstəyərəm ki, onlar gələcəkdə Avropa ölkələrinin klublarında da çempion olsunlar. Əlbəttə ki, departament olaraq biz bu işlər üçün yeni layihələr üzərində çalışırıq və qadın futbolunun inkişafı üçün işləyirik.

- Siyasət müəllim, qızların müəyyən yaşa çatanda ailə qurması, ana olması, onların futboldan uzaqlaşmasına səbəb olurmu?
- Ailə qurmaq hər bir halda çətindir. Bu qadın futbolçular üçün bir qədər daha çətin olur. Çünki bəzi qadın futbolçular ailə həyatı qurduqdan sonra karyeralarını sonlandırırlar. Əlbəttə, biz buna hörmətlə yanaşmalıyıq. Amma kifayət qədər qadın futbolçularımız da var ki, onlar evlənib ailə həyatı qursalar da, hətta mən deyərdim övlad sahibi olduqdan sonra belə, əsas yığmada oynamağa davam edirlər. Onlara da xüsusi təşəkkür düşür. Çünki onlar cəmiyyətin stereotiplərini aşaraq öz karyeralarını hər şeydən üstün tuturlar. Bu kimi hərəkətlər digər qadın futbolçular üçün yaxşı örnəkdir. Düşünürəm ki, müsbət tendensiya davamlı olacaq. Biz bu kimi halları daha çox Avropa ölkələrində görmüşük. Məsələn, ana oyunda və ya oyundan sonra tribunalara gələrək öz qolunu və ya qələbəsini ailəsi ilə birlikdə qeyd edir. Mən də bu kimi sevinc dolu anları bizim qadın futbolçularımıza arzu edirəm. 


 
Mövzumuz qadın futboludursa, xanım futbolçularımızın da fikirlərinə yer verilməlidir. Millimizin üzvü Aysun Seydiyeva Fanat.Az-ın suallarını cavablandırdı. Onu da qeyd edək ki, Aysun yığmamızın üzvü Amin Seydiyevin həyat yoldaşıdır. Ailə həyatı qurmasına rəğmən, futbol karyerasına uğurla davam edən nümunəvi qadın futbolçularımızdandır. 

Ancaq Aysunun da çətinlikləri olub: "Hamı kimi mən də futbolun sirrlərini küçə futbolunda öyrənmişəm. Ancaq anam və qardaşımın futbolla məşğul olmağımı normal qarşılamaması mənə çətinlik yaradıb. 

Dünya çempionatına qədər Azerbaycanda məndən başqa hansısa qızın futbol oynadığını düşünmürdüm. Ancaq 2010 cu ildə dünya çempionatının reklamlarını gördüksən sonra bildim ki, başqa qızlar da futbol oynayır". 

- Həmin dönəmlərdə Azərbaycanda qadın futbolu ənənəsi yeni-yeni inkişaf edirdi. Səncə, dünya çempionatına qədər və dünya çempionatında uğursuz çıxışın səbəbi nə idi? Qızların futbolu yeni başlaması, yoxsa başqa səbəblər? 
- Kənardan izləyənlər üçün dünya çempionatında çıxışımız uğursuz görünə bilər. Ancaq mən və digər komanda yoldaşlarım üçün dünya çempionatında çıxış etmək uğur idi. Çünkü məhz həmin dünya çempionatından sonra Azərbaycanda qadın futbolu sürətlə inkişaf etməyə başladı. 

Bizim üçün çox çətin 2 il keçdi. Hazırlıq prosesləri, başqa ölkələrdə bizdən böyük və təcrübəli rəqiblərə qarşı oyunlar belə futbol ab-havası görməyən mənim kimi qızlar üçün çətin idi. Həm də hazır olmaq üçün sadəcə, iki ilimiz vardı. Biz DÇ-2012-də əlimizdən gələnin yaxşısı etməyə çalışdıq.

- İndi karyeran hansı məcrada irəliləyir? 10 il əvvəllə bugünü özünüzü müqayisə edəndə, nələr dəyişib? 
- Çox inkişaf var. Bir çox ölkələrdə legioner həyatı yaşamışam və əsasən A milli komandada çıxış edirəm. 

10 il əvvəl oyunlara çıxanda hamımız təcrübəsiz, balaca qızlar idik. Ancaq indi həm fərdi, həm də komanda ruhu planında çox şey dəyişib. İndi hər birimiz peşəkar müqaviləsi olan təcrübəli futbolçularıq. 

- Bugünkü millinin yeniyetmə, gənc üzvləri haqda nə düşünürsünüz, onlar sizdən çox "artırıblar", yoxsa hələ o təcrübəyə çatmayıblar?
- Onlar bizim təcrübəmizə çatmaq üçün həm milli, həm klub səviyyəsində çox oyunlarda iştirak etməlidirlər. Çünki təcrübə yığmaq üçün oyun praktikası ən önəmli şeydi.  

2016-2017-ci illərdə Türkiyədə legioner həyatı yaşamışam. Misal üçün, həmin illər ilə indini müqayisə edəndə liqalarında güc baxımından çox inkişaf var. Çünki orada ölkənin əsas klublarının qız komandaları var. İnanın mənə, inkişaf üçün bu ən yaxşı yaxşı amildir. Bu, yalnız Türkiyədə belə deyil. Rusiyada, Qazaxıstanda və başqa ölkələrdə də belədir. Bizim gənc nəslimizin təcrübə qazanması üçün güclü çempionata ehtiyacı var. 

Düzdür, Azərbaycanda qadın futbolu ənənəsinin hələ 10 illik tarixi var. Ancaq 10 il özündən nəhəng komandaları məğlub etmək üçün çox qısa zamandır. Buna uğursuzluq deməzdim. Gələcəkdə indiki illərdən daha yaxşı olacağına inanıram. 

Röya Kərimli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 May 2024
23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

16:43

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü

16:22

U-17 "lotoreya"da uduzdu

16:00

"Messi böyük ulduz yox, ulduzcuqdur"

15:20

Lopeteqi Bundesliqa yolunda - Danışıqlar başladı

14:54

De Zerbi karyerasını davam etdirmək istədiyi klubun adını açıqladı

14:28

Postekoğlu "Tottenhem"də köklü dəyişiklik tələb edir

13:55

Ozan Can oynadı, “Eyndhoven”...

13:33

"Sponsor olmadan mübarizə aparmaq çətindir" - "Kəpəz"in İdarə Heyətinin üzvü

13:15

Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

12:57

Avropa Kuboku: Millimiz bürünc mükafat qazandı

12:30

Şahmatçılarımız 125 min dollarlıq yarışda mübarizəyə başlayır

12:06

AÇ-2024-lə bağlı yeni qərar: UEFA Fransanın etirazına baxmadı

11:40

Qvardiola bütün İngiltərənin "ürəyinə su səpdi" - "Məndə belə hiss var ki..."

11:15

"Real" La Liqa çempionluğunu bayram etməyəcək - SƏBƏB

10:52

La Liqada ayın ən yaxşısı bilindi

10:28

Emin Mahmudov "Qarabağ"la matçda oynamayacaq - RƏSMİ

10:09

Avropa Kubokunun püşkü atıldı - Göygöldə

09:50

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

09:00

Messidən "İnter Mayami"yə fantastik qazanc - Klub funksioneri yeni büdcəni açıqladı

01:25

İPL: "Everton" səfərdə büdrədi

00:57

Tur "sülh"lə start götürdü

00:33

"Beşiktaş" son dəqiqə qolu ilə 3 xal qazandı

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

18:45

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X