14:51 01.04.2022 1163

Malta dərsi: Azərbaycan millisi seçmə tsiklə yenik başlayır 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Milli komanda hər kəsin qürur yeri, təəssübkeşlik ünvanı, həm də ölkə futbolunun aynasıdır. Təəssüf ki, bu aynaya baxıb fərəhlənə bilmirik. Klub futbolunda az-çox uğurlarımız olsa da, yığma yaralı yerimizdir və illərdir belə də davam edir... 

İyun ayında Azərbaycan millisi Millətlər Liqasında yarışa start verəcək. Bu iki ay müddətində nə dəyişəcək, futbolumuzda hansı fövqəladə hadisə yaşanacaq ki, milli uğurlu çıxışı ilə bütün tənqidçiləri susduracaq, hamımızı təəccübləndirə biləcək? Ola bilsin, çox vaxt AFFA-nın "drijor çubuğu" ilə danışan mütəxəssislərin komandada gördüyü və icraçı vitse-prezident Elxan Məmmədovun dilə gətirdiyi mücərrəd “pozitiv məqamlar”ın fərqində deyilik. Təki olsun, təki mətbuat yanılsın! Amma bizim bildiyimiz fakt budur: Canni De Byazinin rəhbərlik etdiyi bu yığma Millətlər Liqasına nə təşkilati, nə psixoloji, nə də nəticə etibarilə hazırdır.


Əslində, italiyalı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsi başa çatandan dərhal sonra istefaya göndərilməli idi. Futbol ictimaiyyəti bunun baş verəcəyini gözləyirdi və təsadüfi deyil ki, hələ millinin tsikldəki oyunları başa çatmamış mümkün yeni baş məşqçinin kimliyi ilə bağlı ehtimallar müzakirə olunur, variantlar səsləndirilirdi. Çünki De Byazinin komandası seçmə mərhələdəki 8 oyunda cəmi 1 xal toplaya bilmiş, hətta Lüksemburqa hər iki oyunda uduzmuşdu. Üstəlik, qrupdakı son 4 görüşündə - Portuqaliya, İrlandiya, Serbiya və Lüksemburqun hər birindən 3 qol buraxmışdı.     


AFFA isə bütün tənqidləri heçə sayaraq Canni De Byazini postunda saxladı və onunla müddəti Millətlər Liqasının sonuna qədər nəzərdə tutulan yeni müqavilə imzalandı. Sözügedən yarışa hazırlıq çərçivəsində ilk sınaq Maltada baş tutdu və milli 2022-ci ilə daha bərbad başladı. Uyğun, zəif, reytinqdə Azərbaycandan geri qalan rəqiblər tapılmışdı ki, həm yenilənmiş heyətlə bağlı rahat seçim aparılsın, həm də qələbə qazanmaqla özünəinamı bərpa etmək mümkün olsun. 

Hərçənd, əksər yığmaların qrupda "asan yem" gözü ilə baxdığı Malta Azərbaycan millisi üçün əjdaha timsalındadır. Budəfəki yoldaşlıq görüşünə qədər "cırtdanlar"la 8 dəfə qarşılaşmışdıq və uğurlu nisbət rəqibin xeyrinə idi.  

19 aprel 1994. Ta Qali. YO Malta – Azərbaycan 5:0 
6 fevral 2000. Ta Qali. BT Malta – Azərbaycan 3:0
17 aprel 2002. Ta Qali. YO. Malta – Azərbaycan 1:0
14 avqust 2013. Bakı. YO  Azərbaycan - Malta 3:0
28 mart 2015. Bakı. AÇ Azərbaycan – Malta 2:0
6 sentyabr 2015. Ta Qali. AÇ Malta – Azərbaycan 2:2
10 sentyabr 2018. Valetta. UML Malta - Azərbaycan 1:1
14 oktyabr. Bakı. UML Azərbaycan - Malta 1:1
Azərbaycan millisinin 9 dəfə qarşılaşdığı və bunun cəmi 2-də qalib gəldiyi Maltaya dördüncü yenilgisi biabırçı oyunla müşaiyət olundu. Nəticə bir yana, komanda oyun planında da zəif rəqibi qarşısında aciz göründü.

Latviyaya gəlincə, baltikyanı ölkə təmsilçisi 5-ci dueldə Azərbaycan millisinə məğlubiyyət acısı yaşadan komandaların sırasına qoşuldu. 
  
19 avqust 1997 Riqa. YO Latviya - Azərbaycan 0:0
6 iyul 2002 Riqa. YO Latviya - Azərbaycan 0:0
6 iyun 2004 Riqa. YO Latviya - Azərbaycan 2:2
9 iyun 2018 Riqa. YO Latviya - Azərbaycan 1:3

Bu rəqiblə heç-heçələr seriyasını Qurban Qurbanov millinin baş məşqçisi olduğu vaxt qırmışdıq. Latviyalılar həmin məğlubiyyətin əvəzini Maltada çıxdı. Üstəlik, milli bu görüşdə qırmızı vərəqə ilə üzləşdi. Bu, De Byazinin vaxtında yığmamızın üzvlərinə göstərilən 3-cü "qırmızı" oldu. 

Beləliklə, milli komanda daha dərin bataqlığa düşdü. Reytinqə görə özündən zəif rəqiblərə uduzan yığmada özünəinam daha da sarsılıb. Qırmızı vərəqə də, futbolçunun günahı mətbuatın üzərinə yıxmaq cəhdləri də psixoloji travmadan qaynaqlanır...


Azərbaycan yığmasını Millətlər Liqasında Slovakiya, Belarus və Qazaxıstanla mübarizə gözləyir. Püşkdən sonra Slovakiyanı favorit görüb Belarus və Qazaxıstanın uyğun rəqib gözü ilə baxanlar, Malta təcrübəsindən sonra millinin aşkar autsayder olduğunu qəbul etməyə başlayıb. Qrupdakı 6 oyundan 4-ü iyunda, 2-si isə sentyabrda baş tutacaq. 

Yığmanın Millətlər Liqasındakı oyunlarının təqvimi:  
3 iyun. Qazaxıstan – Azərbaycan
6 iyun. Minsk. Belarus – Azərbaycan
10 iyun. Bakı. Azərbaycan – Slovakiya
13 iyun. Bakı. Azərbaycan – Belarus
22 sentyabr. Slovakiya – Azərbaycan
25 sentyabr. Azərbaycan – Qazaxıstan

Startdakı ilk iki qarşılaşmanın səfərdə keçiriləcəyini nəzərə alsaq, bu, ümumiyyətlə, yaxşı heç nə vəd etmir. Mümkündür ki, seçmə mərhələ başlamamış bitsin və Canni De Byazinin istefaya göndərilməsi üçün payıza qədər gözləmək lazım gəlməsin. Onda artıq qatar getmiş olacaq.  


Maltadakı hər iki oyunda 0:1 hesabı ilə uduzan milli nəticədə 12,1 xal itirərək dünya reytinqində daha 8 pillə gerilədi. Azərbaycan hazırda 129-cu yerdədir. Qonşularımız isə Komor adaları (128) və Tanzaniyadır (130). Bu, son 5 il 6 ayda FİFA reytinqindəki ən zəif göstəricidir. Komanda belə aşağı mövqeyə sonuncu dəfə 2016-cı ildə düşüb. On milyonluq ölkənin yığması üçün bundan o yanası olmamalıdır. Ola bilər, AFFA millinin antirekordunun 152-ci yer (2001-ci il, iyun) olmasına görə narahat deyil (yeri gəlmişkən, ən yüksək reytinq sıralamamız 2014-cü ilin avqustuna təsadüf edib - 73 yer), amma təkcə ötən il futbola 22 milyon manata yaxın vəsait xərcləndiyini nəzərə alsaq, rəqəm nəticə ilə uzlaşmır. Bu onu deməyə əsas verir ki, illərdir xərclənən yüz milyonlar havaya sovrulub, təyinatı üzrə istifadə olunmayıb. Berlində açılan və Azərbaycandan "qidalanan" adını eşidib üzünü görmədiyimiz, bizə bir qəpiklik faydası toxunmayan, bir futbolçu belə, yetişdirməyən "Futbol məktəbi" ideyasında olduğu kimi... Halbuki həmin vəsaiti yeni açılan Tovuz, Gəncə akademiyalarına yönləndirmək lazım idi. 

Futbol ictimaiyyətinin millinin biabırçı nəticələrinə etirazı tam haqlıdır. Bunu AFFA-da da başa düşürlər. Amma nədənsə yolun yarısından qayıtmaq istəyi görünmür. Təzyiqlərdən isə assosiasiyada vəzifə-məsuliyyət yerdəyişməsi etməklə yayınmaq cəhdləri müşahidə olunur. Nə fərqi var, baş katib Elxan Məmmədov olsun, yaxud Sərxan Hacıyev, milli komandanın nəticələrinə, ümumiyyətlə isə Azərbaycan futboluna görə AFFA cavabdeh deyil? Ölkə başçısının yeni nazir təyinatından sonra ölkə idmanında, digər fedarasiyaların fəaliyyətində canlanma, islahat və dəyişikliklər müşahidə olunur. Yaxşı olardı ki, bu, futbol təsərrüfatına da sirayət etsin. "Qarabağ"ın son illər qitə turnirlərindəki uğurlarının arxasına sığınmaq "gözə kül üfürməkdir". AFFA məmurları millimizin "sükanı arxası"nda 28 oyun keçirən və bunun cəmi 2-də qələbə qazandıran, əvəzində 20 görüşdə uduzan, iki seçmə tsikli boşa verən baş məşqçi Canni De Byaziyə yenidən şans verməsinin, xərclənən milyonların hesabatını verməlidir. Futbol ictimayyətini bayraq, himn və bir çox dəyərləri özündə birləşdirən millidən utandırmaq yolverilməzdir.

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
11:39

"Qəfəs döyüşü deyil ki, rəhmimiz gəlsin" - Toral Bayramov

11:21

"Bu axşama görə azarkeşlərdən üzr istəyirəm"

11:03

Finalda təkrarlanan 6-cı cüt

10:44

"Liverpul" üçün sürpriz baş məşqçi - Kloppun xələfi bilindi

10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

Facebookdan bizi izləməyi unutmayın.
X