Milan "İnter"inin yarımmüdafiəçisi Hakan Çalhanoğlu bu yay digər Avropa nəhəngindən aldığı təklifi rədd etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Corriere dello Sport" onun sözlərini belə çatdırıb:
"İnter"lə Çempionlar Liqasının qalibi olmağı arzulayıram. Yayda "Bayern Münhen" məni sıralarına cəlb etmək istəsə də, təklifi geri çevirdim. Karyeramı "İnter"də bitirmək niyyətindəyəm".
Çalhanoğlu "İnter"ə 2021-ci ilin yayında əzəli rəqibi "Milan"dan keçib. O vaxtdan bəri 153 matça çıxan 30 yaşlı türk 32 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. Hakanın "qara-göylər" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat