Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının ən yaxşı futbolçusu açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu ada Azərbaycan millisinin üzvü Ramiz Çovdarov layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisi finalda Macarıstan seçməsini 4:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionu olub.