21:19 08.06.2025 434

Millinin Latviya ilə matçına sözardı

Bəzən qarışıq fikirləri bir qədər qarışdırmadan əsas məsələ barədə düşünmək lazım gəlir: futbol üzrə Azərbaycan millisi Macarıstanla yoldaşlıq oyununda futbol oynaya biləcəkmi? 

DÇ-2026-nın seçmə mərhələsində uğur qazanmağın yollarını axtarmaq bu gün üçün reallıqla uzlaşmırsa, xəyalpərəstlik çabaları vaxt itkisi olar. Tutaq ki, Fransa ilə oyunlar barədə nə danışasan? Nə yazıq ki, qeyri-adi nəsə baş verməsə, gerçək qurtuluş yolu yoxdur. Ya inanılmaz bəxt, ya başqa buna bənzər nəsə... Tutaq ki, Fransa 1-ci dəqiqədə "qırmızı" alsa, bundan iki dəqiqə sonra Toral Bayramov zərbəni yerinə yetirmək üçün topu Emin Mahmudova versə, təcrübəli yarımmüdafiəçi hədəfdən yayınmasa, bəlkə də qalan dəqiqələrdə 1 qol buraxıb heç-heçə edərik. Bir qədər romantik səslənir, deyilmi? Hə, cüzi ehtimaldır, amma futbolda bəzən qəribə hadisələr olur. Ümid yalnız belə ssenarilərədir. Həqiqətə qalsa, təmsilçimizin mümkün qədər az qol buraxmasını, rəqib qapısına heç olmasa, iki oyunda bir dəfə yol tapmasını arzulaya bilərik... Bu başqa məsələ ki, Latviya ilə görüşdə "çərçivə"yə bir zərbə vuran komandanın Fransanı məyus etməsi az inandırıcıdır.

Qayıdaq Macarıstanla iyunun 10-da "Liv Bona Dea Arena"da matça... 

Latviya ilə Riqadakı səfər oyununda (0:0) millinin istəkli, fiziki cəhətdən rəqibindən geri qalmayan, realizasiya bacarığı, futbolçularının ümumi anlaşma səviyyəsi çox zəif komanda olduğunu gördük. Start "11-lik"də bir neçə gənc futbolçuya şans verən Fernandu Santuşun axtarışlarını anlayışla qarşılamaq olar. Lakin portuqaliyalı mütəxəssisin rəhbərliyi altında qələbə qazanmayan, son 5 oyunda qol vura bilməyən yığma hələ heç nəyə hazır deyil. Təmsilçimiz minimum hədəflər uğrunda maksimum güc sərf etməyi, zamanla komandaya çevrilməyi qarşıya məqsəd qoymalıdır. Biz başlanğıc nöqtəsindəyik. 15-20 il öncəki başlanğıc nöqtəsində... Buradək müəyyən yol qət etdiyimizi düşünənlər reallıq hissini itirmiş adamlardır. Əvvəlki AFFA rəhbərliyi xərclənən milyonlar fonunda heç nəyə nail olmadan, üzərinə düşən işin öhdəsindən gəlmədən oyundan çıxıb... 
 
Mərdəkandakı oyunda seçməmiz inamlı çıxış sərgiləyə, mental baxımdan irəli addım atdığını isbatlaya bilər. Şübhəsiz, macarlarla görüş Azərbaycan yığması üçün özünü güzgüdə görmək, çoxsaylı çatışmazlıqları ilə daha yaxından tanış olmaq, eləcə də 5 oyunluq qol orucuna son qoymaq fürsətidir. Yuxarıda qeyd etdiyim kimi, qarşıdakı matçda bu səviyyədə rəqiblərlə oyunda əsl komandaya bənzəmək Azərbaycan seçməsinin ən gerçək məqsədidir. Daha artığından "artıranda" danışarıq. 

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X