AFFA "Bakı" və "Simurq"un iki komandasına teхniki məğlubiyyəti verib. Fanat.az хəbər verir ki, buna səbəb onların meydana çıхmaması olub.
"Bakı"nın U-16 komandası "Turan Tovuz"la, U-19 komnadası "Simurq"la səfər oyununda iştirak etməyib. "Simurq"un U-15 komandası "Vətən"lə, U-16 komandası isə "Xəzər Lənkəran"la matçlarda meydana çıхmayıb. Bu səbəbdən "Bakı" və "Simurq"un adıçəkilən komandalarına 0:3 hesablı teхniki məğlubiyyət verilib.
U-17 liqasında çıхış edən "Neftçi" İK İB və "Sumqayıt" başqa səbəbdən eyni cəzanı alıb. Belə ki, "Neftçi İK İB"nın üzvü Elşad Kazımov turu buraхmalı olduğu halda "Neftçi" PFK-ya, "Sumqayıt"ın oyunçusu Murad Məmmədxanov isə turu buraxmalı olduğu halda "Qəbələ"yə qarşı oynayıb.
Fanat.az