İspaniyanın "Atletiko" klubunda forma geyən dünşa şöhrətli türk futbolçu Azərbaycana başsağlığı verib. Fanat.az xəbər verir ki, Arda Turan Bakıda baş verən dəhşətli yanğın zamanı ölənlərə allahdan rəhmət diləyib.
O, mesajını "Twitter" hesabında paylaşıb. Türk və ingilis dillərində olan mesajda deyilir: "Başın sağ olsun Azərbaycan. Başımız sağ olsun…" (Azerbaijan. Big tragedy. My deepest condolences to all. #Bakufire”).
Xatırladaq ki, dəhşətli yanğın ötən gün Binəqədi rayonunda baş verib. Binanın fasadının alovlanması nəticəsində yayılan yanğın nəticəsində 15 nəfər ölüb. Onlarla insan yaralanıb.
Fanat.az