Premyer Liqada 2014/15 mövsümü başa çatdı. Fanat.az may ayının reytinq cədvəlini təqdim edir.
Mayın nəticələrinə əsasən, aktivinə daha çox xalı “İnter” əlavə edib - 7,0 xal. “Qəbələ” - 6, AZAL və “Sumqayıt” hərəyə 5 xal qazanıb.
Aktivindən ən çox xal silinən isə “Bakı” olub - 4,5. “Xəzər Lənkəran”, “Qəbələ”, “Simurq”, “Rəvan” hərəyə 3 xal itirib.
Ötən ayla müqayisədə “İnter” 5, “Neftçi” 3, “Qəbələ” 3, AZAL və “Sumqayıt” 3, “Qarabağ” 2, “Xəzər Lənkəran” 1 xal qazanıb. “Simurq” və “Turan”da dəyişiklik baş verməsə də, “Rəvan” 3, “Kəpəz” 2, “Bakı” 1,5 xal itirib.
1(1) | Qarabağ | 293.5 |
2(2) | Neftçi | 249.0 |
3(3) | İnter | 239.5 |
4(4) | Xəzər Lənkəran | 135.0 |
5(5) | Qəbələ | 120.0 |
6(7) | Simurq | 104.5 |
7(6) | Bakı | 94.5 |
8(8) | AZAL | 90.0 |
9(9) | Sumqayıt | 72.5 |
10(10) | Rəvan | 45.5 |
11(11) | Turan | 21.0 |
12(12) | Kəpəz | 10.5 |
Rasim Əliyev
Fanat.az