"Turan"ın sabiq baş məşqçisi Naci Şensoy yenidən Türkiyədə çalışacaq. Fanat.az хəbər verir ki, qardaş ölkə mətbuatı mütəхəssisin "Hacettepespor"un başına keçəcəyini yazıb.
Qeyd edək ki, Naci Şensoyun son iş yer "Gənclərbirliyi" olub. O, ötən mövsüm komandanın baş məşqçisi İrfan Buzun köməkçisi olmuşdu. İrfan Buzun qovulmasından sonra Naci Şensoy klubun prezidenti İlhan Cavcava komandanın başına keçməyi təklif etsə də, istəyi qəbul olunmamışdı.
57 yaşlı mütəхəssis 2002-2003 və 2004-2005-ci illərdə "Turan" başçılıq edib.
Fanat.az