10:56 11.06.2015 692

"Qəbələ"dən transfer açıqlaması: 7-si getdi, 5-i gəldi

2015/16 mövsümünün hazırlıqlarına start verən “Qəbələ”də 7 futbolçu ilə yollar ayrılıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə müddəti başa çatmış futbolçulardan Viktor Mendi, Bəxtiyar Soltanov, Pavol Farkaş, Aleksandru Benqa, Mixail Sivakov, Ruslan Fomin və Cavidan Hüseynzadə ilə əməkdaşlığa son verilib.


2011-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Mendi 4 mövsümdə 33 qol vurub, klub tarixinin ən yaxşı bombardiridi. Seneqallı hücumçu 127 oyun keçirməklə Dodonun rekorduna şərikdi.


Benqa və Farkaş 2014-cü ilin yayında transfer olunub. Farkaş 14 oyunda 2 qol vurubsa, Benqa 7 matçın iştirakçısı olub. Mövsümün gedişində “Qəbələ”yə keçən Soltanov “qırmızı-qara” formada keçirdiyi 24 qarşılaşmada 4 qol vurub. Komandaya qış fasiləsində qoşulan Ruslan Fominlə Mixail Sivakov “qırmızı-qara” formada yarım mövsüm keçirib. Bu müddətdə Fomin 17, Sivakov 13 matçda meydana çıxıb. Hüseynzadə isə yalnız 1 görüşün iştirakçısı olub və 1 top buraxıb. “Qəbələ” İdman Klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdikləri oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.


2015/16 mövsümünün transfer çalışmalarına da start verən “Qəbələ” heyətini gücləndirmək istiqamətində addımlar atıb. 5 futbolçu növbəti mövsümdən “qırmızı-qaralar”ın formasını geyəcək. Bunlar qapıçı Andrey Popoviç, müdafiəçilər Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçilər Samir Zərgərov, Asif Məmmədovdu. 

2006-2009-cu illərdə “Qəbələ”də çıxış edən Zərgərov klub tarixinin ən çox oyun keçirən 8 futbolçusundan biridi. O, 84 oyunda 10 qol vurub. Ölkə çempionatlarında 200-dən artıq oyun keçirən yarımmüdafiəçi “Ədliyyə”, “Standard”, “Kəpəz” və “İnter”in də şərəfini qoruyub. 


2009/10 mövsümündə “Qəbələ”də çıxış edən Daşdəmirov klubun heyətində 18 matça çıxıb. Premyer Liqada 200-dən çox oyun keçirən 28 yaşlı müdafiəçi “Şahdağ” (2004-2006), “MKT-Araz” (2006-2007), “Masallı” (2007-2008), “Olimpik” (2008), “Standard” (2009) və “İnter”in (2010-2015) də şərəfini qoruyub. 


Məmmədov da vaxtilə komandamızın formasını geyinib. O, “Qəbələ”nin Premyer Liqada debüt etdiyi 2006/07 mövsümündə “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 8 ildən sonra qayıtdığı komandada 9 oyun keçirib, 3 qol vurub. 29 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Saf” (2003-04), “Ədliyyə” (2004-06), “MKT-Araz” (2006), “Standard” (2007-08), “İnter” (2008-10, 2011-15), “Xəzər Lənkəran” (2010) klublarında da çıxış edib. 


Popoviç və Mirzəbəyov da Daşdəmirov kimi Azərbaycan milli komandasının üzvləridi. 25 yaşlı Məhəmməd Premyer Liqada “Sumqayıt” (2012-2014) və “İnter”də (2014-2015) çıxış edib. Bunadək isə o, Rusiyada “Torpedo” (Moskva, 2006-2008), “Torpedo-ZİL” (2009) və “Anji”nin (2010-2012) şərəfini qoruyub. Popoviç “Bakı” (2008-2011), “Abşeron (2010-2011), “Sumqayıt” (2011-12 və 2014-15), “Turan”la (2012-2013) yanaşı, ölkə xaricində də legioner həyatı yaşayıb. 23 yaşlı qapıçı 2013-cü ildə Türkiyənin “Tavşanlı Linyitspor” klubunun formasını geyinib.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2025
21:35

Minifutbol: Azərbaycan millisi yarımfinalda!

20:43

"İnter"in mükafatı evə gətirəcəyinə ümid edirəm"

20:12

DÇ: Monteneqro yarımfinala yüksəldi

19:53

"İnter" bizdən daha təcrübəli komandadır" - Luis Enrike

19:18

"İndiki futbolda estetikanı nəticədən daha vacib sayırlar" - Fabio Kannavaro

18:50

Region Liqasının finalçısı II Liqada

18:09

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

17:53

Azərbaycan Kubokunun finalına satılan bilet sayı açıqlandı

17:36

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

17:17

"Ağır nəticədir, amma futbol səhvləri bağışlamır" - İsko

16:58

Latviya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

16:40

"Napoli"nin prezidenti Konteni saxlamaq üçün nə etdi?

16:22

Gəncəli veteranlar Mahmud Qurbanova görə "Kəpəz" rəhbərliyinə müraciət etdi - VİDEO

16:04

"Qalatasaray" əfsanəsi ilə vidalaşdı - VİDEO

15:46

"Güllə açılmamış yıxılmaq lazım deyil" - Vasili Berezutski

15:28

"Sabah" Premyer Liqada 5-ci yerdə olmağa layiq deyildi" - Qurban Qurbanov

15:10

Ağdamda dünya çempionu amansızlıqla döyüldü

15:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:53

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

14:36

"Bu gün Kannavaronu meydana buraxmağa utanardıq" - Canluici Buffon

14:17

Növbəti mövsümdən VAR qərarları stadionlarımızda elan olunacaq? - AÇIQLAMA

13:58

"Komanda "Çelsi"nin təzyiqini hiss etdi və ruhdan düşdü" - "Betis"in qapıçısı

13:40

"Çox səbəblərdən qürurlu və xoşbəxtəm" - Entso Mareska

13:21

"Mançester Yunayted" asiyalılarla bacarmadı

13:03

Pelleqrini "Çelsi"nin geridönüşünün səbəbini belə izah etdi

12:45

Premyer Liqada növbəti mövsümün “transfer pəncərələri”nin vaxtı açıqlandı

12:27

İngiltərə futbolu tarixində bu qədər kubok qazanılmamışdı

12:08

"Real Madrid" ulduzu ilə bağlı qərarını dəyişdi - SON DURUM

11:50

Jonatan Ta "Bayern Münhen"də - RƏSMİ

11:16

"Araz-Naxçıvan"da daha bir yeni müqavilə - RƏSMİ

10:58

İspaniya millisinin sabiq oyunçusu klubsuz qaldı

10:39

Finala doğru: Qurbanov 7, Berezutski ilk üçün

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Premyer Liqada mövsümün rəmzi komandası müəyyənləşdi - Nə "Arsenal"dan oyunçu var, nə də "Mançester Siti"dən

09:22

Minifutbol: Azərbaycan millisi İngiltərəylə qarşılaşır

09:00

Səudiyyə Ərəbistanında mövsümün ən yaxşı oyunçusu bilindi - Ronaldu deyil

00:51

UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi

00:03

Azərbaycanın çimərlik güləşçiləri AÇ-də 3 medal qazandılar

28 May 2025
23:50

DÇ: 1/4 finalın bütün cütləri müəyyənləşdi

23:34

DÇ: Gürcüstan 1/4 finala yüksələ bilmədi

Facebookdan bizi izləməyi unutmayın.
X