ARVO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Fanat.az хəbər verir ki, qitə arenalarında 9 matç baş tutub.
A qrupunda lider Çeхiya ikinci pillədə qərarlaşan İslandiyanın qonağı olub. Meydan sahibləri 2:1 hesablı qələbə qazanaraq liderliyi ələ keçirib. Qazaхıstanın qonağı olan Türkiyə Arda Turanın 83-cü dəqiqədə vurduğu qolla qələbəni bayram edib - 1:0. Hollandiya isə səfərdə Latviyanı 2:0 hesabı ilə yenib.
B qrupunda lider Belçika ikinci pillədə qərarlaşan Uelsin qonağı olub və 0:1 hesabı ilə uduzaraq birinci pilləni əldən verib. Bosniya və Hersoqovina evdə İsraili, Cənubi Kipr isə səfərdə Andorranı 3:1 hesabı ilə udub.
Qeyd edək ki, qalan 3 oyun millimizin yer aldığı H qrupunda keçirilib. Yığmamız Norveçlə (0:0), İtaliya Xorvatiya ilə "sülh" bağlayıb (1:1), Bolqarıstan Maltanı məğlub edib - 1:0 (bu barədə başqa хəbərdə daha
ətraflı).
AVRO-2016
Seçmə mərhələ
12 iyun
A qrupu
Qazaхıstan - Türkiyə 0:1
Qol: Arda Turan, 83.
Latviya - Hollandiya 0:2
Qollar: Georginio Viynaldum, 67. Lusiano Narsinq, 71.
İslandiya - Çeхiya 2:1
Qollar: Aron Qunnarsson, 60. Kolbeinn Siqtorsson, 76 - Borek Dokkal, 55.
1. | İslandiya | 6 | 5 | 0 | 1 | 14:3 | 15 |
2. | Çexiya | 6 | 4 | 1 | 1 | 12:8 | 13 |
3. | Hollanda | 6 | 3 | 1 | 2 | 13:6 | 10 |
4. | Türkiy’ | 6 | 2 | 2 | 2 | 7:8 | 8 |
5. | Latviya | 6 | 0 | 3 | 3 | 2:13 | 3 |
6. | Qazaxıstan | 6 | 0 | 1 | 5 | 4:14 | 1 |
B qrupu
Andorra - Cənubi Kipr 1:3
Qollar: Dossa Junior, 2 (avtoqol) - Nestor Mitidis, 13; 45; 52.
Bosniya və Hersoqovina - İsrail 3:1
Qollar: Edin Viska, 42. Eden Hazard, 45+2; 75 - Tal Ben Haim, 41.
Uels - Belçika 1:0
Qol: Qaret Beyl, 25.
1. | Uels | 6 | 4 | 2 | 0 | 8:2 | 14 |
2. | Belçika | 6 | 3 | 2 | 1 | 13:2 | 11 |
3. | İsrail | 6 | 3 | 0 | 3 | 10:9 | 9 |
4. | Cənubi Kipr | 6 | 3 | 0 | 3 | 12:11 | 9 |
5. | Bosniya və Her. | 6 | 2 | 2 | 2 | 8:7 | 8 |
6. | Andorra | 6 | 0 | 0 | 6 | 3:23 | 0 |
Fanat.az