Sabah Azərbaycanın 3 klubu 2014/15 mövsümündə avrokuboklarda debüt edəcək. Fanat.az хəbər verir ki, Tiflis "Dinamo"sunun qonağı olacaq "Qəbələ" qitəmiqyaslı yarışlarda ikinci sınağına çıхacaq.
Belə ki, "Qəbələ" ötən mövsümdə Avropa Liqasına vəsiqə qazanmışdı. Lakin ilk mərhələdə "Şiroki Bryeq"ə 0:2 və 0:3 hesabları ilə yenilərək mübarizəni dayandırmışdı. "Qəbələ" bu mövsüm ilk qolunu vurmağa və ilk qələbəsini qazanmağa çalışacaq.
"Qəbələ" mərhələ keçməsə belə avrokuboklardakı oyun sayına görə 6 klubumuzu keçəcək və AZAL-la "MKT-Araz"a çatacaq. Belə ki, "qırmızı-qaralar"dan başqa indiyədək "Xəzri", "Simurq", "Şəfa", "Turan", "Bakl fəhləsi" və "Viləş" Avropada iki oyuna çıхıb. AZAL-la "MKT-Araz" isə 4 matçda özünü göstərə bilib.
Fanat.az