Arda Turanın "Barselona"ya keçidi rəsmiləşib. Fanat.az хəbər verir ki, Kataloniya klubu türk futbolçu ilə müqavilə imzalayıb.
"Atletiko"dan 34 milyon avro qarşılığında transfer olunan Arda 5 illik anlaşmaya imza atıb. Türk futbolçu təqdimat mərasimində fikirlərini bildirib: "Barselona" mənim uşaqlıq arzum olub. Futbola hələ yeni başlayanda bu komandaya simpatiyam var idi. İndi isə dünyanın ən güclü komandasının formasını geyinəcəm. Luis Enrike kimi məşqçinin rəhbərliyi altında, Messi, Neymar, Suares, İnyesta kimi ulduz futbolçularla çiyin-çiyinə oynayacağım üçün çox həyəcanlıyam. Özümə güvənirəm və bu komandada yer tapacağıma inanıram"
Fanat.az